• 25 May 2022
logo
İstanbulda boya fabrikində yanğında 3 nəfər ölüb

İstanbulda boya fabrikində yanğında 3 nəfər ölüb - PARTLAYIŞ ANI 

İstanbulda boya fabrikində baş vermiş yanğında üç nəfər ölüb, doqquz nəfər yaralanıb.
NTV xəbər verir ki, Tuzladakı fabrikdə partlayışla müşayiət olunan yanğının nədən baş verdiyi hələlik məlum deyil.
Ölənlərin fabrikdə çalışan işçilər olduğu bildirilir.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, bundan əvvəl yanğın nəticəsində 3 nəfərin aqibətindən xəbər olmadığı açıqlanmışdı.
***
15.49

Türkiyənin İstanbul şəhərində boya fabrikində yanğın olub.
NTV xəbər verir ki, yanğın Tuzlada boya istehsal edən müəssisədə qeydə alınıb.
Yanğın bir neçə güclü partlayışla müşayiət olunub.
Yanğınsöndürənlər alovu nəzarət altına ala bilib.
İlkin məlumatlara görə, hadisə nəticəsində 7 nəfər yaralanıb, 3 nəfərin aqibəti məlum deyil.
Yanğının səbəbi hələlik məlum deyil.