• 26 May 2022
logo
Türkiyə-Ermənistan dialoqu üzrə növbəti görüşün vaxtı açıqlanıb

Türkiyə-Ermənistan dialoqu üzrə növbəti görüşün vaxtı açıqlanıb

Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında növbəti görüşün vaxtı bilinib.
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) xəbər verir ki, xüsusi nümayəndələrin növbəti görüşü mayın 3-də Vyanada baş tutacaq.
Qeyd edək ki, bundan öncə görüşün Vyanada keçiriləcəyi açıqlansa da, vaxt bilinmirdi.
Xatırladaq ki, xüsusi nümayəndələrin birinci görüşü Moskvada, ikinci görüşü Vyanada baş tutub. Bu, sayca üçüncü görüş olacaq.