• 21 May 2022
logo
TBMM qondarma “erməni soyqırımı”na dair qanun layihəsini geri qaytarıb

TBMM qondarma “erməni soyqırımı”na dair qanun layihəsini geri qaytarıb

“Təəssüf ki, Türkiyə Böyük Millət Məclisində də diaspora casusu var. Hansı ki, o, qondarma “erməni soyqırımı”na dair qanun layihəsini məclisə təqdim edib. Çox şükür ki, bu biabırçı qanun layihəsi geri qaytarılıb”.
Bu barədə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib.
Onun sözlərinə görə, belə bir qanun layihəsini hazırlamaq türk millətinə, onun əcdadına qarşı təhqirdir.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Qaro Paylan qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı parlamentə qanun layihəsi təqdim edib.