• 28 May 2022
logo
Akar: “Soyqırımı iddiaları əsassızdır”

Akar: “Soyqırımı iddiaları əsassızdır”

“1915-ci il hadisələrini “soyqırımı” adlandırmağın heç bir əsası yoxdur. Bu əsassız iddialarla bağlı tarixçilərimizin ortaya qoyduğu faktları hər kəsin görməsini gözləyirik”.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Nazir bildirib ki, bu, heç bir halda regionda və dünyada sülhə xidmət edəcək bir iş deyil.
O, bu hadisələrlə bağlı ABŞ mənbələrindən toplanan araşdırmaların olduğunu qeyd edib: “Bu araşdırmalarda heç bir halda “soyqırımı” ifadəsi yer almayıb. Amma indi siyasi cəhdlərlə hər şey təhrif olunur. Tariximiz təmizdir, utanacaq bir şey yoxdur”.