• 15 Sentyabr 2024
logo
Bəkir Bozdağ: "Qaşıqçı işi üzrə məhkəmə Səudiyyə Ərəbistanında davam edəcək”

Bəkir Bozdağ: "Qaşıqçı işi üzrə məhkəmə Səudiyyə Ərəbistanında davam edəcək”

Jurnalist Camal Qaşıqçı işi üzrə məhkəmənin dayandırılması ilə bağlı qərar qəbul edilməyib.
Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
O qeyd edib ki, iş üzrə yurisdiksiyanın başqa ölkəyə ötürülməsindən söhbət getmir, sadəcə məhkəmə Səudiyyə Ərəbistanında davam edəcək.
Xatırladaq ki, Camal Qaşıqçı 2018-ci ilin oktyabr ayının 2-də Səudiyyə Ərəbistanın İstanbul konsulluğunda ona lazım olan sənədləri götürməyə getdiyi zaman qətlə yetirilib.