Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında başladılan “Pençe Kilit” antiterror əməliyyatının məqsədini açıqlayıb.
Ərdoğan deyib ki, antiterror əməliyyatının məqsədi İraq torpaqlarını terrorçularından təmizləmək və Türkiyənin sərhəd təhlükəsizliyini təmin etməkdir.
Türkiyə lideri qeyd edib ki, ölkəsinin heç kimin torpağında gözü yoxdur.
O, Türkiyə Silahlı Qüvvələrinə uğurlar arzulayıb.