• 21 May 2022
logo
Türkiyədə avtobusa bombalı hücum olub, bir nəfər ölüb

Türkiyədə avtobusa bombalı hücum olub, bir nəfər ölüb - YENİLƏNİB

Bursada həbsxana əməkdaşlarını daşıyan avtobusda partlayış kustar üsulla hazırlanmış bomba ilə hücum nəticəsində baş verib.
NTV-nin verdiyi xəbərə görə, bu barədə Bursa valisi Canbolat məlumat verib.
O, kustar üsulla hazırlanmış bombanın uzaqdan idarəetmə ilə işə salındığını düşündüklərini deyib.
Partlayış nəticəsində bir nəfər ölüb, biri ağır olmaqla, dörd nəfər yaralanıb.
***
10:00

Bursada partlayış baş verib.
NTV-nin verdiyi xəbərə görə, həbsxana mühafizəçilərini daşıyan avtobusda partlayış baş verib.
Nəticədə bir nəfər ölüb. Xeyli sayda yaralının olduğu bildirilir.