Türkiyə Prezidenti Rusiya və Ukrayna liderləri ilə daimi təmasdadır, mən də rus və ukraynalı həmkarlarımla təmasdayam və əldə etdiyimiz bilgiləri dostlarımızla paylaşırıq.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macar həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransı zamanı deyib.
Nazir qeyd edib ki, İstanbuldakı danışıqlardan sonra bir ümid yaransa da, lakin Buça və İrpindəki kütləvi qətllər bu danışıqlara mənfi təsir göstərib.
O, bir daha Ukraynaya hücumu qınayıb və əlavə edib ki, müharibə dərhal dayandırılmalıdır.
XİN başçısı bildirib ki, Türkiyə və Macarıstan Rusiya-Ukrayna müharibəsi səbəbindən tranzit ölkə olaraq artıq daha da böyük önəm daşıyır.
O qeyd edib ki, dəmir yollarına dair Türkiyə, Macarıstan, Serbiya və Bolqarıstan arasında İşçi Qrup yaradılacaq.
Çavuşoğlu, həmçinin, Macarıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində önəmini də vurğulayıb.