Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olan hərbi qulluqçularla bağlı yeni əməliyyat keçirilib.
“Anadolu”nun xəbərinə görə, İzmirdə Türkiyə Silahlı Qüvvələrində (TSK) FETÖ ilə bağlı dövlət çevrilişinə cəhddən sonra işdən çıxarılan 34-ü əsgər və 65-i hərbi məktəb şagirdi olmaqla, ümumilikdə 99 şübhəli şəxs saxlanılıb .
Türkiyə Respublika Baş Prokurorluğu, Milli Müdafiə Nazirliyi, Milli Kəşfiyyatla aparılmış məlumatların müqayisəsinə əsaslanan sübutlarla saxlanılan şəxslərin təşkilatla əlaqədə olduğu təsbit edilib.