• 2 İyul 2025
logo
Türkiyədə terror aktı törətməyə hazırlaşan İŞİD üzvləri tutulub

Türkiyədə terror aktı törətməyə hazırlaşan İŞİD üzvləri tutulub - FOTO

Türkiyədə terror aktı törətməyə hazırlaşan İŞİD üzvləri tutulub.
“Anadolu” xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyat zamanı İŞİD üzvləri - Orhan Moran və Mustafa Kılıçlı tutularaq istintaqa təhvil verilib.
Saxlanılan şəxslər ilkin ifadələrində Türkiyə və Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyadakı qoşunlarına qarşı əməliyyat planlaşdırdıqlarını və bölgədə İŞİD üzvlərinə köməklik etdiklərini bildiriblər.