Türkiyə hərbçiləri İraqın şimalında aparılan “Pençe Kilit" antiterror əməliyyatı çərçivəsində nəzərdə tutulan bütün hədəflərə nail olunacaq.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O qeyd edib ki, hərbçilər öz missiyasını uğurla davam etdirir.
“Terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri, sursat anbarları və sözdə qərargahları hava əməliyyatları və atəşə dəstək maşınları ilə böyük müvəffəqiyyətlə məhv edilib. Çoxlu sayda terrorçu zərərsizləşdirilib. Axtarış fəaliyyətlərimiz davam edir. Yaxın saatlarda və günlərdə bu sayın daha da artacağını gözləyirik”, - deyə nazir qeyd edib.