• 29 May 2022
logo
Qərbi Azərbaycan yoxsulluq göstərixisinə görə birinci yerdədir

Qərbi Azərbaycan yoxsulluq göstərixisinə görə birinci yerdədir

Son statistikaya əsasən ölkə üzrə yoxsulluq göstəricisinə görə, Qərbi Azərbaycan əyaləti birinci yeri tutur.
Son statistikaya əsasən ölkə üzrə yoxsulluq indeksinə görə, Qərbi Azərbaycan əyaləti birinci yerdə ikən Tehran əyaləti son sırada son yer alıb.
Statistika Mərkəzinin yayımladığı son hesabata görə, İran yoxsulluq indeksinin rekordunu qırıb, 49.6 faiz ilə son 11 ilin ən ağır vəziyyətindədir. Son illərdə sürətlə artan inflyasiya ölkədə ُyoxsulluq indeksinin artmına səbəb olub.
Yoxsulluq indeksi işsizlik səviyyəsini illik inflyasiya səviyyəsinə əlavə etməklə hesablanır. İranda ُyoxsulluq indeksi ilk dəfə 2009 prezident seçkilərində Möhsün Rzayi tərəfindən Mahmud Əhmədinejad ilə debatda ortaya qoyuldu və 2018-ci ilindən etibarən davamlı olaraq ُsəfalət indeksi artır.
Ölkə üzrə ُyoxsulluq indeksi 49.6 faiz olsa da, cəmi 23 əyalətin ُgöstəriciləri ölkə ortalamasından yüksəkdir. Bu isə həmin əyalətlərdə işsizlik və inflyasiyanın yüksək olduğunu, məişət şəraitinin digər əyalətlərə görə daha pis vəziyyətdə olduğunu göstərir.
Qərbi Azərbaycan əyalətindən sonra Kürdüstan və Loristan əyalətləri müvafiq olaraq ُyoxsulluq indeksinə görə ikinci və üçüncü yeri tuturlar.
Həmin ilk üç 'yal'tin yoxsulluq indeksi müvafiq olaraq 62.2%, 57.8% və 57.7% olması əyalətlərin çox böhranlı vəziyyətdə olduğunu göstərir.
Güney Azərbaycanının başqa əyaləti Ərdəbil isə bu sırada 6-cı yerdədir.
Şərqi Azərbaycan və Zəncan əyalətlərinin göstəriciləri 52.2 faiz ilə ölkənin ortalama göstəricisindən yüksəkdir.
Gunaz.tv