• 21 May 2022
logo
Təbrizin Şairlər “Məqbərətül Şüəra”nın tikintisinə büdcə ayrılmır

Təbrizin Şairlər “Məqbərətül Şüəra”nın tikintisinə büdcə ayrılmır

Fərmandar kompleksin acınacaqlı durumda olduğunu deyib.
Təbrizin fərmandarı Əli Cəfəri Azər “Məqbərətül Şüəra”nin (Şairlər məqbərəsi) durumunun Təbrizə yaraşmadığını və acınacaqlı durumda olduğunu deyib.
O, uzun illərdir yarımçıq qalan təmir işlərinin tamamlanması üçün bütün ilgili qurumların əlaqəli şəkildə fəaliyyətiniistəyib və bu durmun davam etməsinin şəhərin imicinə xələl gətirdiyini söyləyib.
Bundan bir müddət əvvəl Təbriz Şəhər Şurasının üzvü Fridun Babayi mediaya verdiyi açıqlamada bildirib ki, “Məqbərətül Şüəra” (Şairlər məqbərəsi) abidəsi milli layihələr sırasından çıxarıldığı üçün onun tamamlanmasına büdcə ayrılmayıb.
Onun sözlərinə görə, milli layihələr sırasından çıxarılan abidə Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinə verilib və bu qurumla Təbrizin 10-cu bölgəsinin bələdiyyəsinin təmir-bərpa işlərinin tamamlanması üçün maliyyə imkanları yoxdur.
Firudin Babayi hal-hazırda abidə kompleksinə giriş-çıxış tunelinin yarımçıq qaldığını, başqa problemlərində aradan qaldırılmadığını və bununla da abidənin təmir işlərinin uzun sürə biləcəyini bildirib.
"Məqbərətül şüəra”-nın binasında 2013-cü ilədək müəyyən problemlər yaranıb.
Binada rütubət meydana gəlib, ətrafında isə yaşıllıq sahəsinin yaradılmasına ehtiyac yaranıb.
Sonra Bələdiyyə İdarəsi həmin işləri görməklə yanaşı binada təmir-bərpa işləri aparacağına söz verib. Nəhayət ki, 15 min kvadrat metr ərazidə kompleks tikiləcəyi elan olunub və layihənin icrasına başlanılıb.
Hazırda layihənin başladığından 9 ildən çox keçir. Ancaq kompleks hələ də istifadəyə verilməyib və yarımçıq vəziyyətdə buraxılıb.
Gunaz.tv