• 15 Sentyabr 2024
logo
Türkiyənin 22 gəmisi Ukrayna sahillərində qalıb

Türkiyənin 22 gəmisi Ukrayna sahillərində qalıb

Türkiyənin 22 gəmisi Ukraynanın Qara dəniz sahilində ölkəyə qayıtmağı gözləyir.
Bu barədə nəqliyyat və infrastruktur Naziri Adil Karaismailoğlu deyib.
O qeyd edib ki, gəmilərin və heyət üzvlərinin Türkiyəyə gətirilməsi üçün Rusiya və Ukrayna ilə danışıqlar davam edir. Onun sözlərinə müharibə başlayan günlərdə gəmilərdə 200 nəfər heyət üzvü olub. Onlardan bir qismi təxliyə olunub, qalan 90 nəfər isə təxliyə olunmaq istəməyib.