• 25 May 2022
logo
Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasına üzv olub

Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasına üzv olub

Türkmənistanın sabiq Prezidenti və Türkmənistan Milli Şurasının Xalq İşləri üzrə rəhbəri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasına Türkmənistan ağsaqqalı kimi qatılıb.
Bu barədə Türk Dövlətləri Təşkilatının mətbuat xidməti məlumat yayıb.
“Berdiməhəmmədovun Türk Dövlətləri Təşkilatının daimi məşvərət orqanı olan Ağsaqqallar Şurasında iştirakı Türkmənistanın Türk Dünyasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə çoxşaxəli əməkdaşlığın dərinləşməsinə yeni təkan verəcək”, - TDT-nin məlumatında qeyd olunub.