• 28 May 2022
logo
İranın Şərqi Azərbaycan əyalətində məktəb divarı aşıb, şagirdlər yaralanıb

İranın Şərqi Azərbaycan əyalətində məktəb divarı aşıb, şagirdlər yaralanıb

İranın Şərqi Azərbaycan əyalətində məktəb divarı aşıb, 3 şagird yaralanıb.
Ötən gecədən başlayan güclü külək nəticəsində bu gün Şərqi Azərbaycan əyalətinin Hadişəhər şəhərində məktəbin həyət divarı aşıb, 3 şagird xəsarət alıb.
Xəsarət alanlar əhalinin yardımı ilə xəstəxanaya çatdırılıb.
Şagirdlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.