• 29 May 2022
logo
İran XİN: Türkiyə sərhədi son 100 ilin ən təhlükəsiz sərhədidir

İran XİN: Türkiyə sərhədi son 100 ilin ən təhlükəsiz sərhədidir

Türkiyə-İran sərhədi ötən 100 il ərzində ən sabit və təhlükəsiz sərhəd olub.
Bunu bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə keçirdiyi həftəlik mətbuat konfransında deyib.
Səid Xətibzadə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın İrana səfəri ilə bağlı sualına cavabında bildirib ki, İran və Türkiyə arasında əlaqələr davamlı şəkildə inkişaf edib və edəcək.
“İki ölkənin sərhədi ötən 100 il ərzində ən sabit və təhlükəsiz sərhəd olub”, – XİN rəsmisi vurğulayıb.
XİN sözçüsü İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin nizamlanması ilə bağlı müzakirələrdə ciddi dəyişikliyin olmadığını da əlavə edib: “Gözləyirik ki, Səudiyyə Ərəbistanı tərəfi yeni dövr danışıqlar üçün tarix elan etsin. Tarix müəyyənləşən kimi elan olunacaq. Ümid edirik ki, Rəsmi Ər-Riyad yeni dövr danışıqlara ciddi və əməldə icra oluna biləcək qərarlarla geri dönəcək”.