Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 18-də Vaşinqtona səfər edəcək.
Bu barədə nazir türkiyəli jurnalistlərin sualına cavab olaraq bildirib.
O qeyd edib ki, səfər ABŞ Dövlət katibi Entoni Blinkenin dəvəti əsasında baş tutacaq.
Nazir keçirəcəyi görüşlər çərçivəsində bir sıra mühüm məsələlər, o cümlədən, Türkiyə ilə ABŞ arasında tərəfdaşlığa dair "Strateji Mexanizm" müzakirə olunacaq.