• 29 May 2022
logo
Türkiyə sahillərində aşkarlanan mina zərərsizləşdirilib

Türkiyə sahillərində aşkarlanan mina zərərsizləşdirilib - YENİLƏNİB 

Türkiyənin Kocaeli əyalətinin Kefken rayonu sahillərində aşkar edilən dəniz minası Sualtı Müdafiə (SAS) qrupları tərəfindən zərərsizləşdirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
***
15:04

Türkiyənin Kocaeli əyalətinin Kefken rayonu sahillərində daha bir dəniz minası aşkar edilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bölgədəki Sualtı Müdafiə (SAS) qrupları hadisə yerinə cəlb olunub, minanın zərərsizləşdirilməsi üçün müdaxiləyə başlanıb.