Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orban ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Türkiyə-Macarıstan münasibətləri və Rusiya-Ukrayna müharibəsi müzakirə edilib. Bundan əlavə, Ərdoğan Orbanı seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik edib.