• 21 May 2022
logo
Ərdoğanın İrana səfərinin dəqiq tarixi hələki müəyyənləşməyib

Ərdoğanın İrana səfərinin dəqiq tarixi hələki müəyyənləşməyib

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın İrana səfərinin vaxtı dəqiqləşdikdən sonra bu səfər baş tutacaq.
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib. O bildirib ki, İran və Türkiyə əlaqələri hazırda öz təbii prosesində davam etdirilir. "Cənab Ərdoğanın İrana səfərinin dəqiq tarixi hələki müəyyənləşməyib. Ankaradakı dostlarımızın dəqiq tarixi elan etməsini gözləyirik və vaxt müəyyənləşən kimi elan edəcəyik".
S.Xətibzadə Ukrayanda baş verən müharibəyə də münasibət bildirib. "Rusiya İranın qonşu ölkəsidir. Avrasiya bölgəsinin bu müharibə və zorakılığa dözmək gücü yoxdur.
Bu müharibə Avrasiya bölgəsini və dünyanın digər bölgələrini öz təsiri altına alıb. Hamı çalışır ki, bu müharibə dayandırlsın və münaqişə danışıqlar yolu ilə öz həllini tapsın.