• 25 May 2022
logo
Putin Ərdoğana Rusiya və Ukrayna liderlərini görüşdürmək istədiyinə görə təşəkkür edib

Putin Ərdoğana Rusiya və Ukrayna liderlərini görüşdürmək istədiyinə görə təşəkkür edib - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə NTV məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşü müzakirə olunub.
Ərdoğan Rusiya və Ukrayna liderlərini görüşdürmək istədiyini bildirib. Putin buna görə Ərdoğana təşəkkür edib.
***
17:37
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı keçirilir.
Bu barədə Türkiyənin “A Haber” telekanalı xəbər verir.
Telefon danışığı zamanı Rusiya-Ukrayna münaqişəsi müzakirə olunur.