• 29 Mart 2024
logo
Türkiyədə avtobus qəzası - 4 ölü, 42 yaralı

Türkiyədə avtobus qəzası - 4 ölü, 42 yaralı

Türkiyənin Balıkəsir şəhərində sərnişin avtobusu ağır qəza törədib.
Trend-in məlumatına görə, avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.
Daha 42 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Qəzanın dəqiqi səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma başlayıb.