• 25 Aprel 2024
logo
Türkiyədə 300 kq-dan çox narkotik maddə müsadirə olunub

Türkiyədə 300 kq-dan çox narkotik maddə müsadirə olunub

Türkiyənin Diyarbəkir vilayətində polisin keçirdiyi xüsusi əməliyyat zamanı 337 kiloqram narkotik maddə müsadirə olunub.
Trend-in məlumatına görə, əməliyyatlar Lice və Hazro rayonlarında keçirilib.
Əməliyyat zamanı həmçinin 1 255 çətənə kolu yandırılıb.
Bu, Türkiyədə son 10 il ərzində qeydə alınmış rekord göstəricidir.