• 7 Dekabr 2024
logo
Çavuşoğlu Rumıniya XİN başçısı ilə Qara dənizdə təhlükəsizliyi müzakirə edib

Çavuşoğlu Rumıniya XİN başçısı ilə Qara dənizdə təhlükəsizliyi müzakirə edib

Brüsseldə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Rumıniya xarici işlər naziri Boqdan Auresku görüşüb.
Bu barədə Rumıniya XİN başçısı "Twitter"də bildirib.
"Görüşdə Rusiyanın Ukraynadakı müharibəsi və onun Qara dəniz regionu da daxil olmaqla, təhlükəsizliyə təsirlərini müzakirə etdik. NATO-nun Şərq cinahının gücləndirilməsinin vacibliyini vurğuladıq", o qeyd edib.
Görüşdə Türkiyə-Rumıniya münasibətləri də müzakirə olunub.