Bir neçə il əvvəl, başda Fransa olmaqla bir neçə ölkə Türkiyənin NATO üzvlüyünü şübhə altına almışdılar. Türkiyəsiz NATO ola bilməz. NATO-nun bütün təhlükəsizlik arxitekturası çökər.
Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik deyib.
O qeyd edib ki, NATO-nun güclənməsindən danışarkən, əvvəlcə Türkiyəyə qarşı tətbiq edilən silah-sursat embarqolarının NATO-nun özünün təhlükəsizliyinə qarşı təhdid olduğunu başa düşmək lazımdır.