• 7 Dekabr 2023
logo
Ukraynanın müdafiə naziri Türkiyəyə təşəkkür edib

Ukraynanın müdafiə naziri Türkiyəyə təşəkkür edib

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
Bu barədə Oleksiy Reznikov "Twitter" hesabında məlumat verib.
“Böyük dostumuz, Türkiyənin müdafiə naziri Hulusi Akarla telefon danışığım baş tutdu. Biz Ukraynadakı və dünyadakı hazırkı vəziyyəti müzakirə etdik. Hulusi Akar Türkiyənin Ukraynaya humanitar yardım göstərməyə hazır olduğunu bir daha bəyan etdi. Dəstəyiniz üçün çox sağ olun!”, - o bildirib.