Türkiyənin müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Oleksiy Reznikov ilə telefonla danışıb.
Bu barədə Türkiyə MN məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Ukraynadakı son hadisələr müzakirə edilib.
Akar Türkiyənin humanitar yardım məsələsində üzərinə düşəni etməyə davam edəcəyini qeyd edib.