• 4 Dekabr 2023
logo
Ərdoğan atəşkəs üçün səy göstərdiyini Zelenskiyə bildirib

Ərdoğan atəşkəs üçün səy göstərdiyini Zelenskiyə bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə "Anadolu" məlumat yayıb.
Tərəflər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər. Ərdoğan tez bir zamanda atəşkəs əldə edilməsi üçün səy göstərdiyini Zelenskinin diqqətinə çatdırıb.