• 2 Dekabr 2023
logo
Şentop: “Türkiyə Montrö boğazlar konvensiyasına qətiyyətlə əməl edir”

Şentop: “Türkiyə Montrö boğazlar konvensiyasına qətiyyətlə əməl edir”

Ukrayna səfiri Montrö boğazlar konvensiyası ilə bağlı Türkiyəyə müraciət etmişdi. Lakin konvensiyanın müddəaları çox aydındır.
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə bu müqavilənin müddəalarına qətiyyətlə əməl edir, indiyə kimi belə olub, bundan sonra da belə olacaq.
Şentop istər regionda, istərsə də dünyanın istənilən yerində dövlətlər arasında münaqişələrin dialoq və sülh yolu ilə həll edilməlisinin vacibliyini vurğulayıb: “İndiyə qədər yaşadığımız bütün proseslər, tarix göstərir ki, münaqişələr, müharibələr, işğallar problemləri həll etmir”.