Türkiyənin Ukraynanın ərazi bütövlüyünü pozduğuna görə Rusiyaya qarşı sansksiya tətbiq edilməsi müzakirə olunmur.
Bu barədə AK Parti sözcüsü Ömər Çelik jurnalistlərin sualına cavab olaraq deyib.
"Amma bu döyüşlər indi bütün Ukraynaya yayılacaqmı? Harada dayanacaq?Bunlar da bəlli olmalıdır" - Çelik vurğulayıb.
O əlavə edib ki, buna baxmayaraq Türkiyə qətiyyətli şəkildə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və işğalı qəbul etmir.