“Biz Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatı qəbuledilməz hesab edir və rədd edirik”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, bu, Minsk razılaşmaları ilə yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır, regionun və dünyanın təhlükəsizliyinə ciddi təhdid yaradır.
“Ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməli olduğuna inanan Türkiyə sərhədlərin silahla dəyişdirilməsinin əleyhinədir. Biz Rusiya Federasiyasını bu ədalətsiz və qanunsuz hərəkəti mümkün qədər tez dayandırmağa çağırırıq. Ukraynanın siyasi birliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz davam edəcək”, - bəyanatda qeyd edilib.