İkisindən də (Rusiya-Ukrayna) vaz keçməyimiz mümkün deyil.
“Anadolu”nun verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Elə bir addım atmalıyıq ki, heç birindən vaz keçmədən bu məsələni həll edək. Bizim dərdimiz budur”, - Ərdoğan vurğulayıb.
O vurğulayıb ki, NATO videokonfrans formatında keçiriləcək Zirvə Görüşündə öz mövqeyini ortaya qoymalıdır: “NATO nə edəcəksə, etməlidir. Hamı sadəcə danışır, iş görən yoxdur”.