Türkiyə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) mütəşəkkil cinayət təşkilatının lideri Sedat Pekerin müvəqqəti həbs edilməsini tələb edib.
NTV-nin verdiyi xəbərə görə, bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sedat Peker “qırmızı bülleten”lə axtarışdadır və onun barəsində qiyabi həbs qərarı çıxarılıb.