Ukrayna ilə Rusiya arasındakı gərginliyində dialoqu davam etdirmək və diplomatiya yolu ilə nəticə əldə etmək hamımızın ortaq arzusudur. Biz təzyiqi aşağı salmaq üçün üzərimizə düşəni edirik.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Brüsseldə NATO müdafiə nazirləri İclasından sonra yerli jurnalistlərə açıqlamasında deyib.
Nazir Akar yunan həmkarı ilə görüşünü də konstruktiv və müsbət qiymətləndirib.