• 5 Dekabr 2023
logo
Ərdoğan Putinlə Ukraynanı müzakirə edəcək

Ərdoğan Putinlə Ukraynanı müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışacaq.
Bunu dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərindən geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, yeni müharibə bölgə üçün böyük fəsadlar törədə bilər və bu məsələni Putinlə bir daha telefon danışığı zamanı müzakirə edəcək.
Ərdoğan, həmçinin, əlavə edib ki, Vladimir Putinin müsbət cavab verdiyi halda Türkiyə üç liderin (Türkiyə, Rusiya və Ukrayna) görüşünü təşkil edə bilər.