Türkiyə və Pakistan Komando və Xüsusi Təyinatlı Qüvvələrin (Cinah-22) birgə təliminin keçirilməsini planlaşdırırlar.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, təlimlərin keçirilməsində məqsəd iki ölkənin komandoları və xüsusi təyinatlı bölmələri arasında məlumat və təcrübə mübadiləsidir.