Müharibədən sonra imzalanan atəşkəs razılaşması çərçivəsində yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzdə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və rus əsgərləri birlikdə çalışır.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsin davamlı olması və sabitlik üçün səy göstərir.
Diqqətə çatdırılıb ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşməsinə dəstəyini davam etdirir.