Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Türkiyənin milli müdafiə naziri Hulusi Akarın vəziyyəti stabildir.
Bu barədə NTV hərbi mənbələrə istinadən məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, xəstəliyi yüngül simptomlarla keçirən nazir yaxın günlərdə, izolyasiya dövrü bitəndən sonra yenidən işə çıxacaq.