Türkiyə və Finlandiyanın xarici işlər nazirləri Cənubi Qafqazdakı vəziyyəti, o cümlədən Türkiyə-Ermənistan dialoqunu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu finlandiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, görüş zamanı Liviya, Ukrayna, Qazaxıstanda son baş verən hadisələr və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.