• 10 Dekabr 2023
logo
Səlcuq Bayraktar: "Bir-birimizdən uzaq qalanda hər zaman itiririk"

Səlcuq Bayraktar: "Bir-birimizdən uzaq qalanda hər zaman itiririk"

“Artıq bitmiş yarışlara deyil, gələcəyin trendi olan texnologiyalara diqqət yönəltməyimiz lazımdır”.
Bunu “TEKNOFEST Azərbaycan”la bağlı mətbuat konfransında çıxış edərkən “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar deyib.
O bildirib ki, yarışlarda iştirak etməyiniz gələcəyə indidən hazırlaşmaq üçün vacib şərtdir: “Ona görə də hamını bu tədbirə qoşulmağa dəvət edirəm ki, güclü Azərbaycanın formalaşmasında sizin də rolunuz olsun. Azərbaycanda da oxşar layihələrin həyata keçirilməsinə hər cür dəstək verməyə hazırıq. Yüz il əvvəl Qafqaz İslam Ordusunun mübarizəsindən Qarabağ savaşına qədər olan ortaq tariximiz göstərdi ki, bir-birimizdən uzaq qalanda hər zaman itiririk. Buna görə də hər zaman birlikdə böyük hədəflər üçün çiyin-çiyinə çalışmağa davam etməliyik. Birliyimiz ölkələrimizin mürəkəb gələcəyi və tam müstəqilliyik mübarizəsinə də dəstək olacaq. Azərbaycanın müstəqillik hərəkatının öncülərindən Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi “Bir dəfə yüksələn bayraq, bir daha enməz!”. Bakıdan Şuşaya, can Azərbaycanın hər yerinə salamlarımı göndərirəm”.