• 2 Dekabr 2023
logo
19 miqrant donaraq öldü - Afinaya sərt mesaj...

19 miqrant donaraq öldü - Afinaya sərt mesaj...

Yunanıstanın beynəlxalq hüquq və insan haqları normalarını pozaraq miqrantları geri qaytarması hələ də çox sayda günahsız insanın həyatı bahasına başa gəlir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Tvitter hesabında bildirilib.
“Miqrantların yaşamaq hüququna qəsd edən bu vicdansız yanaşma Avropanın rüsvayçılığı kimi yaddaşlarda qalır. Avropa Birliyi (AB) Yunanıstanın miqrantlara qarşı qəddar münasibətinə susur və Türkiyənin təşəbbüslərini cavabsız qoyur. Beynəlxalq ictimaiyyətə çağırışımız budur ki, bütün insani dəyərlərə məhəl qoymayan Yunanıstanın bu hərəkətləri araşdırılsın, insan haqlarının pozulmasına səssiz qalmasınlar”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, Türkiyə-Yunanıstan sərhədi yaxınlığında 19 miqrantın donmuş vəziyyətdə meyiti tapılıb. Məsələ ilə bağlı danışan Türkiyə daxili işlər naziri Süleyman Soylu donaraq ölən miqrantların ayaqqabı və paltarlarının çıxarıldığını, onların Yunanıstan sərhəd qoşunları tərəfindən geri qovulduğunu açıqlamışdı.