“İrandan idxal olunan təbii qazın kəsilməsi səbəbindən kiçik bir sıxıntı baş verdi, bu, ayrı məsələdir. Lakin bu, bizim təbii qazımızın tükənməsi anlamına gəlmir”.
“Hürriyət”in verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən jurnalistlərə bildirib.
O, Azərbaycandan Türkiəyə təbii qaz idxalının davam etdiyini vurğulayıb.
Qeyd edək ki, ötən ay İrandan idxal olunan qazın kəsilməsi səbəbindən Türkiyə Azərbaycandan aldığı təbii qazın həcmini artırıb.