• 29 Noyabr 2023
logo
Ərdoğanla Zelenskinin təkbətək görüşü başa çatıb

Ərdoğanla Zelenskinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında Kiyevdə keçirilən təkbətək görüş başa çatıb.
Bu barədə NTV telekanalı məlumat yayıb.
***
15:12

Prezident Vladimir Zelenski Ukraynaya rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
Qarşılama mərasimi zamanı Türkiyə Prezidenti Ukrayna hərbçilərini "Slava Ukraine" deyə salamlayıb.
Ukrayna və Türkiyə dövlət başçıları arasında görüş keçiriləcək.