• 2 İyul 2025
logo
Akar: “Axtarışda olan bir çox terrorçu məhv edilib”

Akar: “Axtarışda olan bir çox terrorçu məhv edilib”

Türkiyə Silahlı Qüvvələri “Qış Qartalı” antiterror əməliyyatını uğurla başa vurublar.
Bu barədə milli müdafiə naziri Hulusi Akar deyib.
O, qeyd edib, ki, PKK/YPG terrorçularının gizləndiyi sığınacaqlar və mağaralar Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib.
Onun sözlərinə görə, axtarışda olan bir çox terrorçu zərərsizləşdirilib.