Mərkəzi Asiya və Qafqazı daxili münaqişə və qarışıqlıqlara sürükləmək doğru deyildi.
Bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının iclasında bildirib.
Türkiyənin sözünə əhəmiyyət verilən güclü dövlət olduğunu qeyd edərək, o, Rusiya-Ukrayna gərginliyini də şərh edib.
“Rusiya ilə Ukrayna arasında münasibətlərin normallaşmasına üçüncü tərəf ölkə nail ola bilər. Bu ölkə şübhəsiz Türkiyədir. Prezidentimizin təşəbbüsləri ölkəmizin vasitəçilik rolunu gücləndirir. MHP olaraq bu prosesin arxasındayıq və Rusiya ilə Ukrayna arasındakı gərginliyin razıllq (konsensus) ilə həll olunmasını istəyirik”,- deyə o bildirib.