• 18 Aprel 2024
logo
Türkiyədə dəniz reysləri təxirə salındı - SƏBƏB?

Türkiyədə dəniz reysləri təxirə salındı - SƏBƏB?

Mərmərə dənizində, İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb.
Trend-in məlumatına görə, bu qərar həmin ərazidə güclü dumanla əlaqədar qəbul edilib.
Qeyd olunur ki, 6 dəniz reysi təxirə salınıb.
Xatırladaq ki, sonuncu dəfə Türkiyədə dəniz reysləri noyabrın 18-də qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınmışdı.