• 17 May 2022
logo
Türkiyə XİN Holokost Qurbanlarının Anım Günü ilə bağlı bəyanat yayıb

Türkiyə XİN Holokost Qurbanlarının Anım Günü ilə bağlı bəyanat yayıb

Türkiyə İkinci Dünya müharibəsi vaxtı da nasistlərin zülmündən qaçan çox sayda yəhudiyə qucaq açıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə bağlı bəyanatında bildirilib.
“Bu dövrdə çox sayda yəhudi Türkiyə hökumətinin qətiyyəti və türk diplomatlarının səyləri nəticəsində həbs düşərgələrinə göndərilməkdən xilas oldu. Türkiyə antisemitizm, ksenofobiya, irqçilik, islamofobiya və dözümsüzlüyün bütün formalarına qarşı dəyişməz mövqeyini qoruyur, nifrətə əsaslanan nitq və cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığa töhfə verir”, - bəyanatda qeyd olunub.