• 24 Aprel 2024
logo
Şimali Kiprdə parlament seçkilərinin nəticəsi açıqlanıb

Şimali Kiprdə parlament seçkilərinin nəticəsi açıqlanıb

Şimali Kipr Türk Cümhuriyyətində növbədənkənar parlament seçkiləri keçirilib.
TRT xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə əsasən, Milli Birlik Partiyası 50 deputat yerindən 24-nə sahib olub, ikinci yerdə gələn Respublika Türk Partiyası 18 kürsüyə yiyələnib.
Bundan başqa, Demokrat Partiya 3, Xalqın Partiyası 3 və Dirçəliş Partiyası isə 2 deputat yeri qazanıb.
Şimali Kipr Türk Cümhuriyyətində növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərarı 2021-ci il noyabrın 1-də Baş nazir Faiz Sucuoğlu verib.