• 21 May 2022
logo
THY İstanbuldan bütün reyslərini təxirə salıb

THY İstanbuldan bütün reyslərini təxirə salıb

"Türk Hava Yolları" aviaşirkəti (THY) İstanbula yağan güclü qar səbəbindən bu şəhərdən edilən bütün reysləri təxirə salıb.
Bu barədə məlumatı THY-nin mətbuat katibi Yəhya Üstün sosial media hesabından yayıb.
O, qeyd edib ki, kəskin hava şəraiti səbəbindən THY-nin İstanbul Hava Limanından edilən uçuş əməliyyatları yanvarın 25-i saat 04:00-dək təxirə salınıb.